Ukraynanın daha bir nüfuzlu universitetinin rektoru ASGA-nın ofisində -Fotolar

3
Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru Bakıda işgüzar səfərdədir.

Səfər çərçivəsində Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb.

Görüşü giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd etdi. Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini dedi: “Ukrayna bizimçün strateji müttəfiq ölkədir. Bugün Ukraynada Ulu Öndərin xatirəsinə parklar salınır, abidələr ucaldılır. Eyni münasibəti isə Azərbaycan Ukraynaya sərgiləyir. Heç kimə sirr deyil ki, bugün Bakıda və bir neçə regionda Ukraynanın tanınmış tarixi şəxsiyyətlərinin xatirəsi müxtəlif abidələrlə əbədiləşib. Bu dostluq, mütəffiqlik siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Biz də ASGA olaraq bu ələqələri gənclər səviyyəsində inkişaf etdirməyə borcluyuq.”

Daha sonra Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışdı. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən Sergey Vladimiroviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini dedi: “Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduca əlverişli şərait yaradılıb. Ümumiyyətlə Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edib. Təhsil sahəsində isə bu daha qabarıq şəkildə özünü biruzə verir. Ümid edirəm ki, gələcəkdə də biz bu sahədə ciddi uğurlar əldə edəcəyik”

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev çıxış edərək son 5 ildə Ukrayna-Azərbaycan əlaqələrinin daha dinamik inkişaf etdiyini dedi. Ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını dyən A.Verdiyev təhsil sahəsində birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğuladı.

ASGA sədr müavini Tural Əhmədov isə çıxışında Ukrayna ali təhsil müəssisələrinin dünya reytinqində xüsusi çəkisi olduğunu dedi. Qarşılıqlı tələbə mübadiləsinin inteqrativ dinamikasının birgə layihələrdən asılı olduğunu deyıən T.Əhmədov bu sahədə QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü dedi.

SondaAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İdarə Heyətinin qərarı ilə təsdiqlənən “Fəxri Diplom” və hədiyyələr Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviçə təqdim edilib.