Ukraynanın əks-hücum HAZIRLIĞI: “Ən geci iki ay sonra…” – Hərbi ekspert

“Hərbi texnika və silahların hazırlanmasına əsasən deyə bilərik ki, əks-hücum Pasxa bayramından sonra başlayacaq”.

Bu fikirləri Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynanın yaz əks-hücum kampaniyasının müddəti haqda danışan hərbi ekspert, polkovnik Roman Svitan deyib.

Onun sözlərinə görə, Ukrayna uzun müddətdir hazırlıqlarını davam etdirdiyi əks-hücuma təqribən iki ay sonra başlaya bilər:

“Hərbi texnika və silahların hazırlanmasına əsasən deyə bilərik ki, əks-hücum Pasxa bayramından sonra başlayacaq. Ancaq bu kampaniyaya Pasxa bayramından sonra start veriləcək.

Eyni zamanda əks-hücum kampaniyasının başlama tarixinə hava şərtləri də təsir göstərəcək. Hər halda, bataqlıqda heç kəs hücuma keçmək istəməz.

Bu amilləri nəzərə alaraq deyə bilərik ki, əks-hücumun 16 aprel – 9 may aralığında başlaması daha real görünür”.