Ukraynanın ən zəngin adamı Mariupolun bərpasına kömək edəcək

Ukraynanın ən zəngin adamı olan Rinat Axmetov Mariupolun bərpasına kömək edəcəyinə söz verib. O, şəhəri “qəhrəmanlıq nümunəsi” adlandırıb.

Yenicag.az xəbər verir ki, “Mariupol ümumdünya faciəsi və qəhrəmanlıq nümunəsidir”, – deyə milyarder bildirib.

Axmetov fevralın 23-də Ukraynaya qayıtdığını və o vaxtdan bəri ölkədə qaldığını bəyan edib. Lakin o, dəqiq harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, hazırda Mariupolda Axmetova məxsus “Metinvest” qrupunun iki müəssisəsi var: “İliç” metal zavodu və “Azovstal” zavodu.

Xatırladaq ki, Axmetov “Forbes” reytinqində ukraynalı milyarderlər arasında birinci yerdədir. Onun sərvətini 4,2 milyard dollar səviyyyəsində qiymətləndirilir./Oxu.az/