Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili göldə BOĞULDU – FOTO

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, bazar günü saat 20:17-də Sevan 2-ci ictimai çimərliyində növbətçi olan su xilasediciləri göldə çimən bir nəfərin batdığını görüblər.

Xilasedicilər onu sudan çıxarıblar və gələn təcili yardım briqadası onun öldüyünü müəyyən edib.

Ölən şəxs Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenkodur.

Məsimə