Ukraynanın Hərbi-Sənaye Kompleksi: Rusiya ilə savaşdan əvvəl və sonra

Postsovet ölkəsi olan Ukraynanın Rusiya və digər dövlətlərlə hərbi-texniki əməkdaşlığının problemləri

Ukrayna Hərbi-Sənaye Kompleksinin (HSK) yaşadığı ağır texniki-maliyyə böhran Kiyevdən müasir silah-sursat almaq istəyən ölkələrlə hərbi-texniki əməkdaşlıq imkanlarını xeyli zəiflədir.

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin elan olunduğu dövrdə ölkə HSK-nın tərkibində fəaliyyət göstərən 3 min 594 müəssisəd 3 milyondan artıq işçi çalışırdı. Birbaşa hərbi istehsal sahəsinə daxil olan 700 müəssisə, o cümlədən, 205 istehsalat birliyi və 139 elm-istehsalat birliyində 1 milyon 450 min əməkdaş işləyirdi. Keçmiş SSRi-nin kosmik sənayesinin üçdə biri məhz Ukrayna da yerləşirdi. Kosmik sferaya aid 140 müəssisə və institutlarda isə 200 min nəfər işlə təmin olunmuşdu. Ukrayna zavodlarında hər il 350 təyyarə istehsal edilirdi.

Ukrayna 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra SSRİ-dən miras olaraq, hərbi qüdrətinə və təchizatına örə ABŞ, Rusiya və Çindən sonra dünyanın 4-cü ən güclü ordusuna malik olmuşdu. Lakin Ukraynanın yeni iqtidarları bu üstünlükdən dövlət maraqları naminə yararlanmadılar. O miras cəmi 32 milyard dollara xarici ölkələrə satılsa da, o vəsaitin çox az qismi Ukraynanın dövlət büdcəsinə daxil oldu.

Bunun nəıticəsində artıq 1997-ci ildə Ukraynanın müdafiə sənayesi üzrə müəssisələrin sayı 5 dəfə azaldı. Ölkə Müdafiə Nazirliyinin 2010-cu ildə açıqladığı rəsmi məlumatda hərbi sənaye üzrə cəmi 143 müəssisənin fəaliyyət göstərdiyi bildirilirdi. Nəticədə 2011-ci ildə Ukrayna silah ixracatçısı olan əsas ölkələrin ilk onluğunu tərk edərək, 12-ci yerdə qərarlaşdı.

Bununla belə, Rusiya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı davam etdirirdi. Onun sayəsində Ukrayna kosmik buraxılış sahəsinə qitələrarası ballistik raketlərə qulluq, onların istifadə müddətinin uzadılması və ehtiyat hissələrinin hazırlanması ilə məşğul ola bilirdi. Eyni zamanda, Ukraynanın “Motor Siç” korporasiyası Rusiyaya helikopter, aviasiya və raket mühərrikləri ixrac edirdi. Rusiyanın nəqliyyat helikopterləri əsasən, həmin mühərriklərlə təchiz olunurdu.

Ancaq Rusiyanın iştirakı olmadan, Ukrayna yalnı T-80, “Oplot” və “Yatağan” tankaları, həmçinin köhnə zirehli transportyorlar istehsal etmək gücündədir. Dünyanın 45 ölkəsi ilə hərbi-texniki sahədə əməkdaşlıq edən Ukraynanın Rusiya bazarında ixracat payı 50-60 faizdir.

Xarkov Maşınqayırma Zavodu (FED) Rusiyanın İl-76 sərnişin təyyarələri üçün xüsusi generatorlar ixrac edir. Rusiyanın İl-76 təyyarəsinin modifikasiyası zamanı Ukraynanın 20 müəssisəsinin məhsulları tələb olunurdu. Ukrayna-Rusiya əməkdaşlığına dair bu kimi nümunələr çoxdur. Lakin Ukrayna 2014-cü il martından etibarən, Rusiyaya hərbi təyinatlı məhsulların ixracını dayandırdı. Həmin il iyunun 16-da isə Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko Rusiya ilə hərbi sahədə əməkdaşlığı tamamilə qadağan etdi.

Ukrayna hökumətinin 2015-ci il mayın 15-də keçirilmiş iclasında baş nazir Arseni Yatsenyuk bildirmişdi:

“Biz Rusiya ilə 1993-cü ildə imzalanmış hərbi-texniki sahədə əməkdaşlıq haqqında müqaviləni ləğv edirik”. Ukraynanın Rusiya ilə silah ixracına dair müqaviləni birtərəfli qaydada qeyd-şərtsiz dayandırması “bomba partlayışı” effektini vermədi. Çünki iki ölkə arasında hərbi-texniki əməkdaşlıq demək olar, dayandırılmışdı və Kiyevin bu “fint”inin hər hansı siyasi-iqtisadi önəmi qalmamışdı.

Əgər məsələnin kökünə baxsaq görərik ki, hələ 1995-ci ildə Rusiya və Ukrayna ikitərəfli hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək məqsədilə silah və texnikanın qarşılıqlı ixracına dair üzərində işlərin 1993-cü ildən başlayan müqavilə imzalayıblar. Həmin müqavilənin tələblərinə uyğun olaraq, tərəfllər bir-birinin razılığı olmadan hərbi təyinatlı məhsulları üçüncü ölkələrin hüquqi və fiziki şəxslərinə sata bilməzdilər. Bu anlaşma o dövr üçün səmimi sayıla bilərdi. Çünki SSRİ yeni dağılmışdı və qardaşlıq hissləri güclü idi. Digər tərəfdən, SSRİ-nin HSK-i bu iki respublikanın potensiallına uyğunlaşdırılmışdı. Yəni maraqlar qarşılıqlı idi.

Ukrayna prezidenti Petro Poroşünko 2018-ci il avqustun 18-də “Ukroboronprom” Dövlət Konserninin Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığa dair pozulmuş müqavilə üzrə daşıdığı öhdəliklərdən azad olunmasına dair qanun imzaladı. Qeyd olunur ki, pozulmuş müqavilə əsasında Ukrayna HSK-nın Rusiyaya olan borcu təqribən 145 milyon dollardır.

Ukrayna HSK Ukrayna ilə hərbi əməkdaşlığın dayandırılmasından sonra ciddi itkilərə məruz qalıb. Bunun nəticəsində Ukraynanın “Antonov” Dövlət Konserni 2015-ci ilin aprelindən 2017-ci ilin ortalarına sifarişçilərə bir ədəd də təyyarə çatdıra bilmədiyi üçün elə həmin il də hüquqi şəxs kimi ləğv olunub.

Eyni zamanda, Nikolayevdə yerləşən və şəhsullarının 90-95 faizi Rusiyaya ixrac olunan “Zorya-Maşproekt” və istehsal gücü əsasən, Rusiyadan alınan detallardan asılı olan Zaporojyedəki “Motor Siç” şirkətləri də ikitərəfli müqavilənin pozulmasından sonra ciddi çətinliklərlə üzləşiblər.

Eyni zamanda, Rusiya müdafiə sənayesi kompleksinin əvəzinə idxal tələbatının ödənilməsində Belarusun da köməyi olub. Bu ölkənin 3000 mövqe üzrə təkliflərinin tən yarısı maraqla qarşılanıb. Belarus HSK Rusiya ilə münasibətlərinə baxmayaraq, Ukrayna ilə sıx hərbi-texniki əməkdaşlıq edir. Belarus Rusiya neftindən istehsal etdiyi dizel yanacağı və aviasiya benzini ilə Ukraynanın tələbatını ödəyir.

Rusiya ilə hərbi-texniki əməkdaşlıq dayandırıldıqdan sonra Ukrayna HSK-də komplektləşdirici hissələrin tapılmaması, texnologiya və mütəxəssislərin itirilməsi, ixtisaslaşmış müəssisələrin fəaliyyətini dayandırması istehsal potensialının dağılmasına gətirib çıxarıb. Bu isə öz növbəsində Ukraynada istehsal olunan hərbi məhsulların keyfiyyətinin xeyli azalmasına və Müdafiə Nazirliyinin ixrac sifarişlərinin dayandırılmasına səbəb olub.

Elə ki Ukrayna tank istehsalı ilə bağlı səs-küylü bəyanatlar verir, o zaman həmin sahənin də texniki tənəzzülə uğradığına dair əyani vəziyyət ortaya çıxır. Bu yerdə ötən əsrin 90-cı illərində Sumı Boru Zavodunun Pakistanla müqavilə üzrə hazırlanan tanklarla bağlı vəziyyət xatırlanır.

O zaman, SSRİ-nin dağılmasından həmən sonra Sumı zavodu tanklar üçün lazımi göstəriciləri olan topları heç cür ala bilmirdi. Yəni lülənin atəş zamanı dözümlülük dərəcəsi Sovet nümunələri ilə müqayisə 2-3 dəfə aşağı idi və bu da Pakistanlı sifarişçiləri qane etmirdi. Bu vəziyyətdən asanlıqla çıxdılar. Anbardan lazımı sayda köhnə lülələri götürərək, onların yerinə öz istehsal etdiklərini qoydular.

Kiyev 2014-cü ildə heç olmasa, həmin “top”ların istehsalını bərpa etməyi qərarlaşdıranda məlum oldu ki, artıq nə mütəxəssislər qalıb, nə də müvafiq istehsall texnologiyası. Ona görə də Sumılılar bu gün antiterror əməliyyatları üçün top istehsal etmirlər. Artıq edə bilmirlər. Texnologiya və keyfiyyətli hərbi texnika yoxdur.
Mütəxəssislərin sözlərinə görə, Ukraynanın müasir silah-sursatı öz hərbi arsenalına daxil etməməsi onu göstərir ki, yeni artilleriya sistemlərinin istehsalı çərçivəsində materialların öyrənilməsi, hazırlanması və atəşə uyğunlaşdırılması ilə bağlı böhran daha da dərinləşir.

Ukrayna silahının keyfiyyətini hətta bu ölkədən qanunsuz yollarla silah alaraq, Odessa limanı vasitəsilə nəql edən İŞİD döyüşçüləri də sınayıblar. Hətta 2016-cı ilin oktyabrında çəkilmiş videokadrda İŞİD yaraqlısı Ukrayna istehsalı olan gəzdirilən zenit-raket kompleksini (PZRK) nümayiş etdirərək, kompleksin keyfiyyyətsiz olduğunu bildirmişdi: akkumlyator yoxdur, optik cihaz isə sınıb: Bu, “PZRK” deyil, atəş açmaq mümkün olmayan adi borudur”.

Ukraynanın Rusiya ilə hərbi əməkdaşlığı dayandırmasından sonra yəqin ki, ölkənin iritonnajlı gəmiqayırma sənayesi də sıradan çıxacaq. Çünki Nikolayevdəki zavodlar Rusiya hərbi donanmasının “əlinin altındadır” və Ukrayna kənardan hər hansı sifariş almayacaq. Ən azı ona görə ki, bütün konstruktor büroları Rusiyada yerləşir.

Ukrayna hakimiyyyətinin elan etdiyi “Ukrayna qalxanı” strategiyasına uyğun olaraq, ölkənin hərbi-sənaye müəssisələrinin 95 faizinin daxil olduğu “Ukroboronprom” Dövlət Konserninin, ümumiyyətlə, HSK-nın NATO standartlarına keçirilməsi, Silahlı Qüvvələrin ən müasir slah-sursatla təmin olunması kimi vədlər yerinə yetirilməmiş qaldı.

Qərbdəki tərəfdaşlar özlərinin hərbi-texnoloji sirləri ilə hələ ki bölüşmək istəmirlər. Bundan başqa, hərbi istehsalın NATO standartlarına uyğunlaşdırılması üçün ciddi sərmayə qoyuluşu və texniki sənədləşmələrin dəyişdirilməsi, yeni avadanlıq və hətta əhəmiyyətsiz görünən detalların alışı tələb olunur. Bütün bu məqamlar verilən gurultulu bəyanatların sadəcə, söz yığını olduğunu göstərir.

Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, Ukrayna rəhbərliyinin siyasəti ölkə HSK-nı maliyyə-texnoloji dalana dirəyib, bunun nəticəsində ölkədə hərbi məhsulların istehsal və ixrac səviyyəsi tamamilə aşağı düşəcək.

Hərbi Monitorinq Şöbəsi

COP29