ABŞ müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafə naziri Rüstəm Umerov arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin “X” hesabında məlumat verilib:
“Amerikalı həmkarımı döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırdım. Ukraynanı ATACMS-la təmin etdiyi üçün ABŞ rəhbərliyinə və müdafiə naziri Ostinə təşəkkür etdim”.
Ukraynalı nazir əlavə edib ki, bu silahın verilməsi döyüş meydanında fərq yaradır.