!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın müdafiə nazirinə təslim olmağı kim və necə tövsiyə edib? – “Washington Post”

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından 2 gün sonra Belarusun müdafiə nazirinin ukraynalı həmkarına zəng etdiyi aşkarlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Belarusun müdafiə naziri Viktor Xrenin bu il fevralın 26-da Ukraynanın müdafiə naziri Aleksey Reznikova zəng vurub.

Bu barədə danışan Reznikovun sözlərinə görə, Xrenin onunla söhbətində “titrək səs”lə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun mesajını çatdıraraq “təslim olmağı” tövsiyə edib:

“Əgər Ukrayna təslim olsa, o zaman hərbi müdaxilə dayandırılacaq”.

Reznikov isə cavabında “Rusiya tərəfinin kapitulyasiyasını qəbul etməyə” hazır olduğunu deyib.

Bundan başqa, Xreninlə Reznikovun fevralın 22-də baş tutan telefon danışığında birinci “Belarus ərazisindən Ukraynaya hər hansı hücum olmayacağına” dair “zabit sözü” verib.

“O, yalançı idi”, – deyə Reznikov vurğulayıb.

www.yenicag.az

252
Ads
www.veteninfo.com
!Reklam – Arxiv