Ukraynanın NATO PERSPEKTİVİ: “Müharibədən həmən sonra…” – Keçmiş nazirdən PROQNOZ

Ukraynanın keçmiş xarici işlər naziri ölkənin NATO-ya üzvlüyünü müharibənin yekunlaşması ilə əlaqələndirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin ölkənin NATO-ya üzvlüyünün müharibədən sonra başlanacaq sürətləndirilmiş prosedur əsasında mümkünlüyünü deyib.

Klimkin bu çərçivədə İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv götürülməsini “Əla presedent” adlandırıb.

O, əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyündən asılı olmayaraq, ölkədə qanunun aliliyinin, institutların və demokratiyanın inkişafına çalışılmalıdır:

“Silah arsenalının yenilənməsi, NATO standartlarının tətbiqi və başqa konkret məsələlərə gəldikdə isə hesab edirəm ki, bu proses öz axarında gedəcək. Daha doğrusu, gördüyünüz kimi, o proses artıq başlayıb”.

COP29