Ukrayna hakimiyyətinin nəzarətində olan bütün atom elektrik stansiyaları yenidən işə başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.
Onun sözlərinə görə, Ukraynadakı bütün 9 enerji blokunun fəaliyyəti bərpa edilib.
G.Qaluşenko bildirib ki, dekabrın 13-nə keçən gecə 1000 MVt gücündə 9-cu enerji bloku Ukraynanın enerji sisteminə qoşulub. Nazir konkret ad çəkməsə də, bu stansiyanın noyabrın 23-də raket hücumundan sonra bağlandığını vurğulayıb.
Xatırladaq ki, Ukraynanın enerji strukturuna ilk kütləvi hücum oktyabrın 10-da baş verib./Report/