!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın taleyi hələ də sual altındadır

!Reklam – Yazi

Россия. Москва. 6 февраля. Канцлер Германии Ангела Меркель, президент России Владимир Путин и президент Франции Франсуа Олланд (слева направо) во время встречи в Кремле. Михаил Метцель/ТАСС

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Yenicag.az xəbər verir ki, tərəflər Donbassda atəşkəs rejiminin qüvvəyə minməsini dəstəkləyiblər.

Danışıqlar zamanı Almaniya, Fransa və Rusiya prezidentləri Ukraynada baş verən münaqışənin həlli yollarını müzakirə ediblər.

3 ölkənin liderləri, Ukrayna üzrə Minsk razılaşmalarının reallaşdırılmasını davam etdirməyə hazır olduqlarını bildiriblər. Qeyd edilir ki, Həmçinin bildirilib ki, Donbassda atəşin dayandırılması ilə bağlı 100 millimetrdən yuxarı kalibrli silahların bu yerdən uzaqlaşdırılması da həyata keçirilməlidir.

Merkel və Oland Putinə bildiriblər ki, Donetsk və Luqansk vilayətlərində seçkilərin keçirilməsi Ukraynanın vəziyyətini təhlükə altına ata bilər. Həmçinin onlar vurğulayıblar ki, Donetsk vilayətinin ərazisində ATƏT-in Misk qrupu əməkdaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcəklər. Putin, Merkel və Olland sentyabr ayının 1-dən Donetskda atəşin dayandırılmasını dəstəklədilər. Dövlət başçıları, ən yaxın vaxtlarda “Norman dördlüyü” liderlərinin görüşü keçirilməsinin faydalı olacağı barədə razılığa gəliblər.

Daha əvvəl bildirilirdi ki, Merkel və Olland Ukraynada baş verən münaqişənin müzakirəsi üçün Putinlə zəngləşəcək.

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv