Ukraynanın telekanalı Xocalı soyqırımı ilə bağlı geniş süjet yayımladı – VİDEO

Ukraynanın tanınmış 1+1 telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlayıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə, telekanalın jurnalisti Bakıda Xocalı soyqırımının şahidlərini danışdırıb.

Sujetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Azərbaycanın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ukraynalı jurnalist vurğulayıb ki, Xocalıda azərbaycanlılara qarşı törədilən kütləvi qırğına görə, hər ilin fevralın 26-sı Xocalı soyqırımı kimi qeyd olunur. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

COP29