!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın Truskoves şəhərinin meri BAMF-ın ofisində olub

!Reklam – Yazi

unnamed (1)Ukraynanın Truskoves şəhərinin meri Andrey Kulçinskiy Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub. Fondun sədri cənab Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 24 ildən çox təcrübəyə malik olduğunu bildirib və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Truskoves şəhərinin merinin diqqətinə çatdırıb.

Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qonaq , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı „Avrasiya Kredit“-in fəaliyyəti ilə yaxından tanış olub . Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrlə, həmin ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv