Ukraynanın yeni müdafiə nazirinə qarşı cinayət işi başlandı

Ukrayna Milli Antikorrupsiya Bürosu bu yaxınlarda ölkənin müdafiə naziri vəzifəsinə təyin edilmiş Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerova qarşı cinayət işi açıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sözügedən quruma tapşırıq verib.

İttihamlara görə, Umerov vəzifəsindən sui-istifadə edərək xidmətin maraqlarına zidd hərəkətlər edib. Bundan başqa, o, vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması ilə bağlı bəzi faktları gizlədib.