Avropa Komissiyası (AK) Ukrayna və Moldovaya 83 milyon avro məbləğində humanitar yardım göstərəcək.
Yenicag.az xəbər verir ki, bəyanat AK-nin saytında dərc olunub.
Bu məbləğin 75 milyon avrosunun Ukraynada fövqəladə yardım, o cümlədən əsas ehtiyaclara çıxış üçün humanitar layihələrə ayrıldığı bildirilir. Moldovada əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərən humanitar layihələrə 8 milyon avro ayrılıb.
Ümumilikdə, Aİ 2022-ci ildən bəri humanitar yardım üçün 926 milyon avro ayırıb. Onlardan 860-ı Ukraynadakı müxtəlif humanitar layihələrə, 66 milyonu Moldovada ukraynalılara kömək üçün göndərilib./Qafqazinfo/