Ukraynaya atılan 64 raketin 44-ü vuruldu

Fevralın 7-si səhər saatlarından bütün Ukrayna ərazisinə atılan 64 raket və müxtəlif tipli PUA-ların 44-ü məhv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukrayna ərazisinə 20 ədəd “Şahid” PUA-sı (15-i vurulub), 10 ədəd Tu-95MS strateji bombardmançı təyyarəsindən 29 ədəd X-101/X-555 qanadlı raketi (26-sı vurulub), Tu-22M3 bombardmançısından 4 ədəd X-22 qanadlı raketi, Qara dənizdən 3 ədəd “Kalibr” raketi (hamısı vurulub), 3 ədəd “İsgəndər” ballistik raketi, 5 ədəd S-300 idarəolunan zenit raketi atılıb.

COP29