Ukraynaya ayrılan yardımların YETƏRSİZLİYİ: “Kiyevdən müharibənin taleyini dəyişəcək həmləni…”

“Hazırda Ukrayna müdafiə, Rusiya isə hücum vəziyyətindədir”.

Bunu rəsmi Kiyevə ayrılan yardım paketinin Rusiya-Ukrayna müharibəsinin taleyinə təsirindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə Qərb ölkələri davamlı olaraq Kiyevə hərbi və digər istiqamətlərdə nələrsə verəcəyini açıqlasa da, bunlar Ukraynaya nailiyyət əldə etdirəcək həcmdə deyil:

“Ya verilən silahlar əks-hücum əməliyyatları üçün yetərli deyil, ya da onların təchizatı kifayət qədər zaman tələb edir. Çünki Ukraynanın yaz-yay əməliyyatlarında ciddi nəticə əldə etmədiyini hər kəs gördü.
Hazırda üstünlük bir çox istiqamətlərdə Rusiyanın əlindədir. Hazırda Ukrayna müdafiə, Rusiya isə hücum vəziyyətindədir. Belə olan halda, Ukraynanın əsk-hücum əməliyyatları üçün yetəri miqdarda silah-sursat, eyni zamanda, insan resursuna ehtiyacı var. Yəni yaxın perspektiv üçün Kiyevdən müharibənin taleyini dəyişəcək həmləni gözləməyə dəyməz. Çünki Qərbin yaxın aylar üçün Ukraynaya külli miqdarda yardım paketi gözlənilmir”.

Nəsimi Ələsgərli