!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ukraynaya bu günə qədər 10 milyard avroya yaxın yardım edilib" – Aİ-dən EKSKLÜZİV AÇIQLAMA

!Reklam – Yazi

“Rusiya təcavüzü başlayandan bəri Aİ Ukraynaya 9,5 milyard avrodan çox iqtisadi, maliyyə, humanitar, eləcə də hərbi yardım göstərib”.

Bu fikirləri Avropa İttifaqının iqtisadi məsələlər üzrə mətbuat katibi Andrea Masini Yenicag.az-a açıqlamasında deyib.

Masini qeyd edib ki, Aİ Ukraynanı dəstəkləməyə davam edəcək:

“Qeyd edə bilərik ki, 2,2 milyard avro makromaliyyə yardımı artıq tam ödənilmişdir. Həmçinin Ukraynanın kritik infrastrukturunun təmiri, əsas xidmətlərin göstərilməsinin bərpası məqsədilə təcili ehtiyaclarını həll etmək üçün Aİ büdcəsi tərəfindən zəmanət verilmiş 1,59 milyard avro AİB (Avropa İnvestisiya Bankı) krediti verilməsi nəzərdə tutulub ki, bunun 1,05 milyard avrosu dərhal ödənilib. Əlavə olaraq, AİB-nin dəstəklədiyi 668 milyon avroluq ilk təcili yardım müharibənin ilk ayı ərzində ödənilib”.

“Aİ, Ukraynanın maliyyə ehtiyaclarının qarşılamasına və əsas xidmətlərin davam etdirilməsinə kömək etmək üçün qısamüddətli dəstəyi səfərbər etməyə davam edəcək, beynəlxalq tərəfdaşlar və maliyyə ilə koordinasiya əsasında azad və firavan Ukraynanın yenidən qurulması üçün beynəlxalq yenidənqurma səylərində aparıcı rol oynamağa davam edəcək”, – deyə Masini əlavə edib.

Şərif

 

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv