Ukraynaya F-16-lar verilir? – Müharibənin gedişi dəyişə bilər

“Təkminləşdirilmiş F-16-lar veriləcəksə, bu müharibənin gedişinə təsir edə biləcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ukraynaya F-16 hərbi təyyarələrinin verilməsi yönündə fikirlərin səslənməsi və bunların müharibənin gedişinə təsir etmə imkanlarını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Qərbin F-16 verəcəyi inandırıcı deyil.

“Müharibə başlayandan ABŞ və Qərb F-16-ların Ukraynaya veriləcəyini dilə gətirdilər. Gördüyümüz ki, hələ də F-16-lar verilməyib, əvəzində köhnə sovet hərbi təyyarələri Ukraynaya verildi.

Ukrayna tərəfi açıqlama verdi ki, F-16-lar alırlar. İlk olaraq düşünmək lazımdır ki, hansı F-16-ları Ukraynaya verəcəklər. F-16-ların ilk buraxılışları radarlardan qaça bilmir”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, o təyyarələri Rusiyanın radarlarının tutmasında problem yoxdur:

“Ancaq təkminləşdirilmiş F-16-lar var ki, onlar həm radardan yayına bilir, həm də onlara müasir raketlər quraşdırılıb. Düşünürəm ki, F-16-ların verilməsində gecikmənin səbəbi pilotların hazır olmaması ilə bağlıdır.

F-16-ların müharibəyə təsirinə gəldikdə isə hesab edirəm ki, bu hansı təyyarələrin verilməsindən aslıdır. Əgər təkmilləşdirilmiş F-16-lar veriləcəksə, bu müharibənin gedişinə təsir edə biləcək. Yəqin ki, Rusiyada hansı F-16-ların veriləcəyi barədə məlumat var.

F-16-ların Ukraynaya verilməyəcəyini düşünürəm. Çünki bunu etmək istəsəydilər vaxtında verərdilər”.

Səxavət Məmməd

COP29