Böyük Britaniyanın ilk vətəndaşları Rusiya ilə döyüşmək üçün Ukraynaya gəlib. Legionun Ukraynaya gəlişi videosunu “Azadlıq” radiosu yayıb.
Yenicag.az xəbər verir ki, görüntülərdə bir neçə britaniyalının Ukraynaya gəldiyi görünür. Onlardan biri – Cek niyə belə bir addım atmağa qərar verdiklərinə aydınlıq gətirib:
“Mənim adım Cekdir, mən İngiltərədənəm. Biz Ukraynaya Rusiyanın işğalını dayandırmağa kömək etmək üçün gəlmişik. Ümid edirik ki, qalib gələcəyik!.. Biz bura niyə gəlmişik? Burada müharibə cinayətləri baş verir və bu, olmamalıdır. Mülki obyektlər bombalanır, dinc sakinlər öldürülür. Qadınlara təcavüz olunur, bu, baş verməməlidir və buna son qoyulmalıdır”.
Xatırladaq ki, daha öncə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayaraq bildirmişdi ki, Böyük Britaniyanın keçmiş Kral Dəniz Piyadaları olan şəxslər Ukrayna xalqına kömək etmək üçün Ukraynaya gəliblər.