!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynaya hərbi dəstəyin artırılması Rusiyanın öz məqsədlərinə çatmasını çətinləşdirir” - ŞƏRH

!Reklam – Yazi

“Görünən budur ki, Ukrayna seçdiyi taktika ilə Rusiya ordusunu zəiflətməyə və psixoloji üstünlüyü əldə etməyə çalışır”.

Bu fikirləri Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun ilin sonuna qədər hərbi əməliyyatları KrIm yarımadasına keçirməyin zəruriliyi haqda fikirlərinin mövcud reallığa uyğunluğunu şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın silah-sursat təminatında çətinliklə üzləşdiyi haqda iddialar mübahisəlidir:

“Fikrimcə, Ukrayna hərbi kəşfiyyatının son məlumatında yer alan bəzi məlumatlar müzakirə və mübahisələrə açıqdır. Bu sırada Rusiyanın silah-sursatla təminatında ciddi çətinliklərlə üzləşdiyi haqda məqam diqqəti cəlb edir. Açığı, Rusiya kimi ölkənin doxsan günlük döyüşlərdən sonra silah qıtlığı yaşaması inandırıcı deyil.

Digər tərəfdən, Rusiyanın siyasi və hərbi rəhbərliyi Ukraynada qarşıya qoyulan vəzifələrin tam yerinə yetiriləcəyi haqda bəyanatlar verməkdədirlər. Bu isə o deməkdir ki, Rusiya hərbi əməliyyatları davam etdirəcək. Ancaq zəruri silah-sursat olmadan döyüşlərin davam etdirilməsi mümkün olmazdı.

Eyni zamanda, Ukraynaya digər ölkələrdən hərbi dəstəyin artırılması Rusiyanın öz məqsədlərinə çatmasını çətinləşdirir. Qeyd olunan dəstək sayəsində Ukrayna effektli müdafiə döyüşləri aparır və hətta bəzi istiqamətlərdə uğurlu hücum əməliyyatları da keçirir. Görünən budur ki, Ukrayna seçdiyi taktika ilə Rusiya ordusunu zəiflətməyə və psixoloji üstünlüyü əldə etməyə çalışır.

Bununla belə, doxsan günlük döyüşlərdən sonra bu müharibənin gedişatını proqnozlaşdırmaq heç də asan deyil. Mənə belə gəlir ki, hər iki ölkə əvvəl-axır müharibəyə son qoyaraq danışıqlar masasına əyləşib problemi dinc yollarla aradan qaldırmalı olacaq”.

A.Zeynalov

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv