ABŞ Prezidenti Ukraynaya hərbi yardım çərçivəsində növbəti zərfi təqdim edib.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin açıqladığı növbəti yardım zərfinin dəyəri rekord məbləğ – 3 milyard dollarla ifadə olunur.
Ağ Evin rəsmi saytında məlumat verilən bu yardımla hava hücumundan müdafiə və müxtəlif artilleriya sistemləri, o cümlədən PUA-lar alınacaq.
Bununla belə, yeni yardım zərfinin Ukraynaya nə zaman və necə çatdırılacağı barədə detallar açıqlanmayıb.
Zərfə daxil edilən “Puma” ilə “ScanEagle” PUA-ları Ukrayna ordusuna istər gücə, istərsə də gündüz düşməni aşkarlamaq və məhv etmək imkanı verəcək.