Ukraynaya qarşı hücumları tənqid edən rusiyalı deputat HƏBS EDİLDİ

Moskva şəhər şurasının üzvü, deputat Aleksey Qorinov martın 15-də keçirilən şəhər şurasının iclasında Rusiya ordusunun Ukraynaya daxil olmasını “xüsusi hərbi əməliyyat” əvəzinə “müharibə”, hücumları isə “işğal” sözləri ilə qiymətləndirib.

Yenicag.az xəbər verir ki, Qorinov bu sözlərindən sonra “yalan məlumat yaymaq” və “siyasi nifrətə əsaslanan diskussiyalardan istifadə etmək” ittihamı ilə həbs olunub.

Moskvanın Meşçanski Rayon Məhkəməsində hakim qarşısına çıxarılan 61 yaşlı Qorinovun barəsində istənilən cəza müəyyənləşib. Məhkəmənin prokuroru, Qorinovun Rusiya Cinayət Məcəlləsinin 507/3 maddəsinə əsaslanaraq (“yalan məlumat yaymaq” və “siyasi nifrətə əsaslanan diskussiyalardan istifadə etmək” – red.) 7 il həbs cəzasına məhkum edib.