“Sülhməramlıların əraziyə yerləşməsi Ukraynanın suverenliyinə ciddi zədədir”.
Bu sözləri Rusiya-Ukrayna arasında atəşkəs baş tutarsa, sülhməramlı missiyanın iki ordu arasında yerləşməsini Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, sülhməramlıların yerləşməsi Rusiyanın marağına uyğun deyil:
“Sülhməramlıların əraziyə yerləşməsi Ukraynanın suverenliyinə ciddi zədədir. Bunun mənası odur ki, müharibə indiki mərhələdə dondurulacaq. İki ordu arasında hansısa xarici sülhməramlılar, təbii ki, bu Qərb olacaq. Bu Rusiyanın da mənafeyinə ziddir. Rusiya istəmir ki, Ukraynaya Qərb orduları gəlib yerləşsin. Hər şey Trampın prezident vəzifəsini icra etməsindən sonra baş tutacaq. Trampın ortaya qoyacağı təkliflərdən çox şey asılı olacaq. Tərəflər hələ ki uzlaşmırlar, əksinə, bir-birinə zidd fikirlər səsləndirirlər”.
Səxavət Məmməd