Ukraynaya silah göndərilməsində müşahidə olunan problemlər Rusiyada qələbəyə əminlik yarada bilər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Qərb ölkələrinin Rusiya tərəfindən hərbi təcavüzə məruz qalan Ukraynaya göndərilən silahların təsnifatı aparılıb.
Məlumatda qeyd olunur ki, Qərb ölkələri müharibənin başladığı təqribən 4 ay ərzində Ukraynaya vəd olunandan daha az silah göndərə biliblər.
Ekspertlərin fikrincə, Ukraynaya silah göndəilməsini çətinləşdirən səbəblər sırasında loqistik problemlər və müxtəlif silahlardan istifadə edəcək kontingentin hazırlanmasıdır.
Jurnalistlər Ukraynanın yüksək vəzifəli şəxslərinə istinadən bildirirlər ki, bu ölkənin ordusu hazırda ən çox haubitsa, artilleriya mərmiləri, tank və uzaqvuran reaktiv raket sistemlərinə ehtiyac duyurlar.
Məlumata görə, müharibə başlayandan bu yana Qərb ölkələri Ukrayna üçün tələb olunan 500 tank əvəzinə 270, 1000 haubitsa əvəzinə 250, 300 raket sistemi əvəzinə isə cəmi 50-ni göndəriblər.