Ukraynaya yardım və Meksika ilə divar: ABŞ Konqresi bunları niyə ümumiləşdirir?

Amerikalı konqresmenlər Ukraynaya yardım və Meksika ilə divar məsələsinə birlikdə baxılmasını “əsaslandırıblar”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, qeyd olunan məsələlərin səsverməsinin birləşdirilməsi haqda danışan konqresmenlər burada “fövqəladə” heç nə olmadığını bildiriblər.

Demokratlar partiyasından olan konqresmen Cim Kosta bu barədə belə deyib:

“Bir qanun layihəsinin uzlaşma məqsədilə digər qanun layihəsi ilə birləşdirilməsində fövqəladə heç nə yoxdur.

Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün siyasi qüvvələrin bir-birinə təsir göstərmək üsullarından biridir.

Açığı, hesab edirəm ki, ölkəmizin sərhədlərinin təhlükəsizliyini yaxşılaşdırmaq lazımdır. Çünki son bir ildə ölkəyə qeyri-leqal yollarla 200 min əcnəbi keçib”.

Demokrat-senator Riçard Blumental isə belə bir vəziyyətin yaranmasını acınacaqlı hal kimi qiymətləndirib:

“Çox təəssüf ki, Ukraynanın suverenliyi məsələsi ABŞ-nin daxili siyasi problemlərinin girovuna çevrilib. Bu məsələni qarşıdakı iki həftə ərzində həll etmək çətin olacaq”.

COP29