Ulduz futbolçu karyerasını başa vurdu

Braziliya millisinin sabiq üzvü Kaka karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, bu barədə ulduz futbolçunun özü açıqlama verib.

O, 35 yaşında bu qərarı qəbul edib.

Qeyd edək ki, son olaraq ABŞ-ın “Orlondo Siti” klubunda çıxış edən təcrübəli futbolçu karyerası ərzində “San Paulu”,  “Milan”, “Real” kimi komandalarda çıxış edib. O, Braziliya millisinin heyətində 92 matçda 29 qol vurub.