!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ulduz futbolçu karyerasını bitirdi

!Reklam – Yazi

Hollandiya millisi və “Real Madrid”in sabiq futbolçusu Rafael Van der Vaart karyerasını bitirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın “Esbyerq” klubunda çıxış edən yarımmüdafiəçi 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Bu komandada cəmi 4 oyun keçirən idmançı cümə axşamı yenidən zədələndiyini, karyerasını bitirməsinin də məhz zədə ilə əlaqədar olduğunu qeyd edib:

“Həmişə futbolu bacardığım qədər uzun müddət oynamaq istədiyimi demişəm. Amma başa düşdüm ki, karyeramı bitirməyin vaxtıdır. Elə indi dayanmalıyam, çünki bura bərpa olunmağa yox, futbol oynamağa gəlmişdim. İndiyədək ən yaxşı stadionlarda və turnirlərdə oynamışam. Buna görə də rahatam. Futbolçu kimi gözəl illər keçirdim. Oynamaq şansı qazandığım illərə görə təşəkkürümü bildirirəm. Birlikdə oynadığım futbolçulardan, işlədiyim məşqçilərdən, bütün fanatlardan isti münasibət hiss edirəm. Hər kəsə belə bir karyera arzulayıram”.

Qeyd edək ki, Rafael Van der Vaart müxtəlif illərdə “Ayaks”, “Hamburq”, “Real” və “Tottenhem” kimi klublarda forma geyinib. O, Hollandiya millisində 109 oyuna 25 dəfə qol sevinci yaşayıb. Milli komanda ilə 2010-cu ildə CAR-da keçirilmiş dünya çempionatında o, gümüş medal qazanıb.

 

www.yenicag.az

5192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv