Ulduz futbolçu Leonardo Bonuççi uzun illər formasını geyindiyi İtaliyanın “Yuventus” klubu ilə vidalaşıb.
Yenicag.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi bununla bağlı paylaşım edib.
Məşqçilər korpusu ilə yola getmədiyi üçün transferə çıxarılan İtaliya millisinin üzvü vida mesajında “qoca sinyora”nın azarkeşlərinə təşəkkürünü bildirib: “Burada çox şey öyrəndim, mübarizə apardım, xəyal qurdum. Düşündüyümdən daha çoxuna nail oldum. Bu günün reallığı evim kimi qəbul etdiyim, daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir”.
Qeyd edək ki, 2010-2017 və 2018-2023-cü illərdə “Yuventus”un formasını geyinən Leonardo Bonuççi 502 oyunda 37 qol vurub, 10 məhsuldar ötürmə verib.