Almaniyanın “Bavariya” klubunun ulduz futbolçusu Robert Levandovski fırıldaqçılığın qurbanı olub.
Yenicag.az xəbər verir ki, Polşa yığmasının da şərəfini qoruyan təcrübəli hücumçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, əslində bu, fırıldaqçıların uydurmasıdı.
Onlar internet vasitəsilə elanlar yayaraq göz xərçənginə tutulan bir körpə uşağın ABŞ-da müalicəsinin mümkünlüyünü iddia ediblər və insanlardan kömək istəyiblər. Bu kələyə inananlardan biri də Levandovski olub.