Ulduz futbolçunun evi qarət olundu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Manenin evi qarət olunub. 

Yenicag.az xəbər verir ki, hadisə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Liverpul” – “Bavariya” oyunu zamanı baş verib.

Evə girən oğrular mənzildən saatlar, telefonlar və maşın açarları oğurlayıblar.

Qeyd edək ki, bu, Manenin başına gələn ilk hadisə deyil. Belə ki, 2017-ci ildə də futbolçunun evi qarət olunmuşdu.