!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ulduzlara uçmaq arzumuz reallaşır: Bunun üçün nə lazımdır?

!Reklam – Yazi

Beynəlxalq alimlər qrupu insanları başqa ulduzlara yetişdirəcək kosmik gəminin xüsusiyyətlərini müəyyənləşdiriblər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, mütəxəssislər Yerdən ulduzlara uça biləcək kosmik gəminin hazırlanmasının düşünüldüyündən daha asan olduğunu bəyan ediblər.

“Science Alert” nəşrinin bu barədə yazdığına görə, ulduzlararası uçuşlar üçün mütəxəssislərin ehtimal etdikləri “Nəsillərin gəmisi” raketi üçün işıq sürətindən daha az sürət tələb olunur.

Bildirilir ki, bu tip kosmik gəmi ilə Yerdən 4,37 işıq ili məsafəsində “Alfa Sentavr” ulduzlar sisteminə bir neçə min ilə çatmaq mümkündür. Lakin həmin gəmiyə bu müddət ərzində uçuş iştirakçılarının tələbatını ödəyəcək qədər ehtiyat yerləşdirilməlidir.

Səyahətin bir neçə min il dava edəcəyini nəzərə alan alimlər ulduzlara uçacaq gəmidə genetik problemlərin yaranmaması üçün ən azı 98 nəfərin olmasını tövsiyə edirlər.

www.yenicag.az

2112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv