!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ulduzların “Breksit” seçimi: Sənət dünyasında yeni toqquşma

!Reklam – Yazi

Böyük Britaniyanın tanınmış sənət və şou-biznes təmsilçilərinin “Breksit”ə münasibətləri Birləşmiş Krallıqda diqqətlə izlənilir.

Yenicag.az xəbər verir ki, BBC Böyük Britaniyanın məşhur simalarının ölkənin Avropa İttifaqından (Aİ) çıxmasını nəzərdə tutan “Breksit”ə münasibətlərinə dair material yayımlayıb.

Britaniyalı ulduzların ölkənin gələcəyinə dair baxışlarını təqdim edirik.

“Breksit” əleyhdarları

Aniş Kapur, tanınmış heykəltəraş:
“Breksit” ən bədbin təəssüratları yenidən canlandırır. Britaniyada yaşadığım 1970-ci illərdən bu yana ölkə daha dözülməz hala gəlib, ksenofobiya, özünütəcrid meylləri güclənib”.

Ceremi Klarkson, populyar teleaparıcı:
“Avtomobil zavodlarında işləyənlər, avtomobil sənayesi sahəsində çalışanlar, yük maşınlarının sürücüləri, onların ailələri “Breksit”ə səs verməyin qurbanlarına çevriliblər. Yüz minlərlə insanın həyatı puç olacaq”.

Elton Con, müğənni:
“Onlar nəyə səs verdiklərini özləri üçün aydınlaşdırmadılar. Onlara çox absurd və iqtisadi baxımdan mümkünsüz vədlər verdilər. “Breksit” insanın gözübağlı getdiyi və çıxış tapa bilməyəcəyi bir labirintdir. Bu, sənə yedirdilən sıyıqdan yaranan ürəkbulanmasıdır”.

İen Makkellen, məşhur aktyor:
“İstənilən gey – beynəlmiləlçidir. O baxımdan, mənim seçimim aydındır: biz Avropada qalmalıyıq. Geri çəkilmək fikrində deyiləm və çəkilməyəcəm”.

Benedikt Kamberbatç, aktyor:
“Filmdə canlandırdığım qəhrəman etiraf edir ki, “Breksit” referendumu axmaq ideyadır. “Breksit” lehinə səs verən insanları anlamağa çalışıram. İndi onları daha çox başa düşürəm”.

Vivyen Vestvud, model:
“Səsvermə üçün qeydiyyata düşün. Yaşlı nəslə sizin gələcəyinizi müəyyənləşdirməyə imkan verməyin”.

“Breksit” tərəfdarları

Lord Culian Fellouz, məşhur ssenarist:
“Mən Avropa İttifaqında olmağımızın maliyyə aspektindən müzakirəsinə hazır deyiləm. Mən Almaniya və Fransa avtomobil zavodlarının bizə arxalarını çevirəcəkləri haqda iddialara illüziya kimi baxıram. Biz onsuz da dünya bazarlarına məhdudiyyətsiz çıxış əldə edəcəyik. Mən Avropanı sevirəm, lakin Avropa İttifaqından çıxmaqla, istəmədiyimiz qaydalarla yaşamaqdan qurtulacağıq”.

Rocer Doltri, “The Who” qrupunun vokalisti:
“Bu, həll olunası məsələdir. Biz Avropa İttifaqına daxil olmazdan əvvəl də oralarda çıxış edirdik. Əl çəkin, o işlərdən, ayılın. Mən Avropanın yox, Brüsselin və orada demokratiyanın olmamasının əleyhinəyəm”.

Maykl Keyn, aktyor:
“İnsanlar referendumda azadlığa səs veriblər, onların işləri qaydasında olacaq. Burada məsələ heç nədə yox, azadlıqdadır”.

Con Kliz, aktyor:
“İstəmirəm ki, məni Brüsseldəki bir yığın avropalı bürokrat idarə etsin. Onlar həmişə özlərini fikirləşirlər”.

Brayan Adams, rok-ulduz:
“Necə ola bilər ki, Britaniyanı bizim seçmədiyimiz insanlar idarə etsinlər?”

Elizabet Herli, aktrisa:
“Breksit” tərəfdarıyam və yalnız Britaniyanı seçirəm”.

A.Zeynalov

www.yenicag.az

3120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv