Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir vı bizim borcumuz dövlət müstəqilliyini,əldə etdiyimiz azadlığı daim qoruyub saxlamaqdır.
Heydər Əliyev!
44 günlük Zəfər Qələbəsi əldə edən Müstəqil Azərbaycanım Qurtuluş gününü qeyd edir. 15 iyun tarixin yaddaşında Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətənin ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) , Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun qayıdışı bəzi nadanlara mane olsa da, Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi:
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan qədim tarixə malikdir. Bu tarixdə dahi sərkərdələr iz qoyub. İzi qalan, əməlləriylə adı yaddaşlara həkk olunan, siyasəti ilə Azərbaycanı dünyaya tanıdan, özünü vətən üçün fəda edən Heydər Əliyev Azərbaycan tarixini qəhrəmanlıqlarla zənginləşdirdi. Azərbaycan müstəqil xalq olaraq addımlamağa başladı. Əsarətdən qurtulmuş azad xalq dayanmadan inkişaf etdi. XXI əsrin dünyaya tanınan ölkələri sırasında addımladı. Qalib xalq olaraq! Zamanında əldə olunmuş qurtuluş bu gün Azərbaycanın möhkəm ayaqlar üzərində durmasının səbəbidir. Bu gün Azərbaycan xalqının müstəqiyyliyinin səbəbidir.
Tarix davam edəcək. Tarixə çox qəhrəmanların adı düşəcək. Əsrlərdən-əsrlərə Azərbaycan xalqı ona müstəqillik yaşadan Heydər Əliyevi yaşadacaq. Azərbaycan var olduqca Ümummilli liderimiz Heydə Əliyev də var olacaq!
Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru
Səfurə Rəhimova