Reklam

Reklam

Hər il olduğu kimi Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, təşkilatlarında, ali və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyətinin, qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Öncə tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin İzmit Bələdiyyəsi ilə birgə təşkil etdiyi sərgiyə baxmişlar.
Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləmiş , Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Natiq qeyd etmişdir ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.

Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı olmasını təzahür etdirir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır.

Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.

Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Milli Məclisin deputatları Madər Musayev, Kamran Nəbizadə, Sevinc Hüseynova,Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Kamilə Əliyeva, Azər Badamov, Vahid Əhmədov, Çingiz Qənizadə, Elman Nəsirov, Ülvi Quliyev, Mahir Aslanov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edirdilər.

Tədbirdə tanınmış incəsənət xadimləri – Niyazi adına Simfonik orkestr, Xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Azər Zeynalov, Əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı, Azərbaycan Televiziyası Radiosunun solistləri Ayşən Mehtiyeva, Aynur İsgəndərli, Mustafa Aşurov çıxışlar etmişlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1259
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."