!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ulu Öndəri gördüyümüz üçün bizə qibtə edəcəklər" - Nazir müavini

!Reklam – Yazi

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Hazırda dövlət qurumları, nazirlik nümayəndələri, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyət nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Ziyarətçilər arasında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları var.

Nazir müavini Firdovsi Əliyev Yenicag.az-ın əməkdaşına bu günlə bağlı fikirlərini bölüşüb:

“Bütün Azərbaycan xalqı və Azərbaycanı sevən insanlar Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini yad edirlər. O dahi şəxsiyyət Azərbaycanın özünü özünə qaytardı. Yaxşı bilirik ki, ölkəmiz yox olmaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev gəlib Azərbaycanı qurub, yaratdı. Nə yaxşı ki Ulu Öndərin yolunu davam etdirən cənab Prezidentimiz var. O, böyük liderin başladığı yolu böyük vüsətlə davam etdirir, Azərbaycanı xoş gələcəyə aparır.
Bu gün Fəxri Xiyabana gəlib, Ulu Öndərin abidəsi qarşısında baş əymək hər bir azərbaycanlının mənəvi borcudur. Nə qədər ki Azərbaycan var, Heydər Əliyevin adı əbədi yaşayacaq. Biz Heydər Əliyevin qurduğu dövləti daha da inkişaf etdirməli, gələcək nəsillərə daha güclü Azərbaycan verməliyik. Vaxt gələcək, dediyim o gələcək nəsillər bizə qibtə edəcəklər. Çünki biz Heydər Əliyevlə eyni dövrdə yaşamışıq, onu canlı görmüşük. Bir daha o böyük şəxsiyyətin ruhu qarşısında baş əyirəm”.

Elvin Paşazadə

Foto: Cəmalə Əlizadə

www.yenicag.az

2025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv