!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ülvi Qılıncdan sərt ittiham: “Arvad kimi əzilib-büzülür...”

!Reklam – Yazi

Müğənni Ülvi Qılınc şou-biznesdəki kişi müğənnilər barədə maraqlı açıqlamalar verib.

Yeniçağ.az-a danışan Ülvi Qılınc şou-biznesdə qaşını alan kişi müğənnilərdən danışıb və onların əksəriyyətini metroseksual adlandırıb.

“Bu gün şou-biznesdə metroseksual kişi müğənnilərin sayı çoxdur. Adlarını da çəkə bilərəm, amma bunu təhqir kimi qəbul edəcəklər. Ona görə də, susmağa məcburam. Metroseksual müğənnilər sinəsini açır, saçını, saqqalını gündə bir rəngə boyayır, qaşını alır, rəngbərəng geyimlərdə səhnəyə çıxır. Sənət adamının qaşını alması normaldı. Sadəcə bizim mentalitetimizdə belə şeylər qəbul olunmur. Amma vay o gündən ki, kişi sənətçilər qadınlaşa. Bu gün elə kişilər var ki, qadınlaşıb. Baxırsan ki, kişi müğənnidir, amma danışanda arvad kimi əzilib-büzülür. Elə kişiləşən qadınların da sayı az deyil. Kişinin qadınlaşması biabırçılıqdır. Qaşını almasında isə heç bir qəbahət yoxdur. Çünki, səhnə adamıdır, tamaşaçının zövqünə cavab verməlidir. Maraqlısı budur ki, onlar qaşını alır, amma bunu boynuna almır. Özünə deyəndə ki, qaşını alırsan, bunu təhqir kimi qəbul edir. Başa düşmür ki, onsuz da efirdən hər şey açıq-aydın görünür. Kor-kor, gör-gör. Tamaşaçını aldatmaq olmaz”.

Ülvi Qılınc özündən də bəhs edib:

“Mən özümü metroseksual kişi saymıram. Ona görə yox ki, onları bəyənmirəm. Sadəcə tərzim fərqlidir. Hər kəsin şəxsi işidir. Nə saçımı boyayıram, nə də qaşımı alıram. Yaxından da gəlib baxa bilərsiniz. Bəlkə də gələcəkdə saçımı boyadım. Lakin hələ ki, bunu etmirəm”.

Cəvahir

www.yenicag.az

3384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv