“Sənin varındı, vaxtilə yığdığını satıb yeyirsən, olmayanlar neyləsin? Adama sual verərlər, barmağını, qulağını kəsib satsın?”
Bunu Yenicag.az-a açıqlamasında müğənni Ülvi Qılınc pandemiyada çətinlik üzündən avtomobil, qızıl və digər bahalı əşyalarını satıb dolandıqlarını dilə gətirən həmkarlarına cavab olaraq deyib.
Sənətçi sərt danışaraq, onları həqiqətən ağır sosial durumda olan insanlarla müqayisə edib:
“Vaxtilə toylarda, nişanlarda, xeyir işlərdə yığıblar, indi də qızıllarını, bahalı əşyalarını satıb yeyirlər, buna görə Allahlarına şükür eləsinlər. Hələ bir ağlayırlar da. Ayıbdı, bu xalqın içində kasıb yaşayanlar var, hansı ki, müğənnilərdən qat-qat çətin vəziyyətdədirlər. Onların nə pulları, nə də qızılları, maşınları var ki, satıb dolansınlar.
Şəhid ailələri var ki, daxmada umacla oğul böyüdüb, Vətənə qurban veriblər. Onda onlar neyləsin? O müğənnilər niyə ağlayırlar axı, o ağır durumda olanlardan ki, ağır deyil sosial durumları. Yaxşı, onda bu kasıb insanlar neyləsin axı?
Cəvahir