“29 ildən sonra ilk dəfədir ki, milli bayramımızı milli qürur hissi ilə qeyd edirik”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev “Facebook” hesabında yazıb.
“29 ildən sonra Novruz bayramını qalib xalqın nümayəndələri kimi qarşılamağı bizlərə nəsib etmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir,qazilərimizə uzun ömür arzu edirəm. Onların valideyinlərinin qarşısında baş əyir, həyat yoldaşlarına və övladlarına, bütün doğmalarına dərin hörmət və ehtiramımı bildirirəm. 29 ildən sonra ilk dəfədir ki, milli bayramımızı milli qürur hissi ilə qeyd edirik. Allah bu tarixi anı xalqımıza yaşadan Ali Baş Komandanımızı, onun qurub-yaratdığı müzəffər Azərbaycan ordusunu, xalqımızın tarixi birliyini, Azərbaycanı sevənləri və Qələbəmizə sevinənləri, Vətənimizə sədaqətlə xidmət edənləri daima qorusun!
Bayramımız mübarək olsun!”, – deputat qeyd edib.
29 ildən sonra Novruz bayramını qalib xalqın nümayəndələri kimi qarşılamağı bizlərə nəsib etmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir,qazilərimizə uzun ömür arzu edirəm.Onların valideyinlərinin qarşısında baş əyir,həyat yoldaşlarına və övladlarına, bütün doğmalarına dərin hörmət və ehtiramımı bildirirəm.
29 ildən sonra ilk dəfədir ki,milli bayramımızı milli qürur hissi ilə qeyd edirik.Allah bu tarixi anı xalqımıza yaşadan Ali Baş Komandanımızı,onun qurub-yaratdığı müzəffər Azərbaycan ordusunu,xalqımızın tarixi birliyini,Azərbaycanı sevənləri və Qələbəmizə sevinənləri,Vətənimizə sədaqətlə xidmət edənləri daima qorusun!
Bayramımız mübarək olsun!Posted by Ulvi Quliyev on 19 Mart 2021, Cümə