Milli Məclisin deputatı Ülvi Quliyev bu gün seçildiyi 15 saylı Yasamal 1-ci seçki dairəsinin sakinlərindən bir qrupunu qəbul edərək onların müraciət və şikayətlərini dinləyib.
Xüsusi həssaslığı ilə seçilən müraciətlərin bir qismi elə yerindəcə həll olunub, əlavə araşdırma və dəqiqləşdirmə tələb edən ərizə və şikayətlər isə nəzarətə alınaraq aidiyyatı dövlət qurumlarına göndərilib.
Pandemiyanın doğurduğu çətinliklərə diqqət çəkən millət vəkili həyat və sağlamlığın qorunması naminə müəyyən olunmuş qaydalara daha ciddi yanaşılmasını tövsiyyə edib, vətəndaşları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat verib.