“Biz nəsə edəndə deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil sənə…”
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Ülvi Həsənov “Özəl” verilişində deyib.
Aktyor Azərbaycanda səmimiyyət anlayışına fərqli baxış olduğunu təəssüf hissi ilə bildirib:
““Stand up” klub mədəniyyətindən gələn bir janrdır. Orada ikibaşlı söhbətlər də edirsən, açıq söhbətlər də olur və bundan heç vaxt qaçmıram və rahat da edirəm. Biz nəsə edəndə deyirlər, ayə, camaatın anası, bacısı baxır e, ayıb deyil sənə?
Səmimiyyət anlayışına bizdə başqa cür yanaşırlar. Başqa ölkələrdə, məsələn, elə “O səs Türkiyə”də müğənnilər çıxıb ayaqqabılarını stolun üstünə qoyub otururlar, bizimkilər deyirlər, ay Allah, necə səmimidirlər. Amma biz edən kimi deyirlər, yekə adamsan ayıbdır, camaat baxır”.
Nehru