!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ülvira Qarayevanın ARB-dən getməyinin səbəbi - EKSKLÜZİV

!Reklam – Yazi

Tanınmış teleaparıcı Ülvira Qarayevanın ARB-dən getməsinin səbəbi bəlli olub.

Yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, aparıcı yeni internet televiziyası yaradır və elə buna görə də ARB-dəki işindən ayrılıb.

Yaxın günlərdə fəaliyyətə başlayacaq televiziya üçün hazırda işçilər yığılır.

Əməkdaşları Ülvira Qarayevanın özü seçir.

Qeyd edək ki, aparıcı ARB-dən getməsi ilə bağlı bu günlərdə sosial şəbəkədə özü məlumat verib:

“ARB TV-nin “Günə son” verilişi sevimlilərim siyahısına yazıldı, format, dekor və imkanlar baxımından mənim üçün seçildi və nə yaxşı ki, ARB-də işləmək şansım oldu. Bütün iş yoldaşlarıma – qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma, ilk gündən səmimi olduqlarıma – hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadı”.

Cəvahir

www.yenicag.az

3102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv