!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ulviranın bu sözünə görə Elza verilişi tərk etdi-Video

!Reklam – Yazi

99384Teleaparıcı Ülvira Qarayevanın təqdim etdiyi “Evdəyik” verilişində qalmaqallı anlar yaşanıb.

Verilişin qonağı olan əməkdar artist Elza Seyidcahan teleaparıcının ona “maraqlı insan” dediyi üçün qəzəblənib:

“Siz mənim xətrimə dəydiniz, kanala, qonaqlara hörmət etdiyim üçün verilişdə qaldım. Hörmətsizlik etdiniz, teleaparıcılara hər dəfə deyirəm ki, mənə “maraqlı adam” deməsinlər.

Maraqlı adam başqa, sənətkar başqadır. Sən ağıllı qadınsan, sənə də mən öyrətməliyəm? İnsanın ruhunu öldürürsünüz. Yerləri səhv salmayın, çaşmayın. Mən sənin verilişinə gəlməmişəm, əvəzini çıxırsan”.

Seyidcahanın iradlarına Ülvira Qarayeva belə cavab verib:

“Siz bizim ruhumuzu verilişə gəlməyərək 76 dəfə öldürmüsünüz. Bizim verilişə gəlmirsiniz, amma həmin gün başqa proqramda olursunuz. Mən sizdən incimirəm, sənətinizə, səsinizə hörmət edirəm. Kaş, Azərbaycanda məni “maraqlı insan” kimi tanısın”.

Daha sonra Elza Seyidcahan verilişi tərk edib(qafqazinfo).

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv