Umayra Tağıyevanın yerinə TƏYİNAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub.

Yenicag.az-ın məlumatına görə, nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə Səyyarə Məmmədova təyinat alıb.

Səyyarə Məmmədova bundan əvvəl ETSN-nin protokol sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub./Oxu.az/