“Qalatasaray” və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karan həbs olunub.
Yenicag.az xəbər verir ki, buna səbəb Karanın bir qadına qarşı intim və nalayiq hərəkətlər etməsi olub. Məhkəminin qərarı ilə o, 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məşhur futbolçu son olaraq Makedoniyanın “Şkupi” klubunun baş məşqçisi idi.