!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümrə ziyarətinə gedənlər Azərbaycana qayıdıblar

!Reklam – Yazi

kaabaAzərbaycandan bu il Ümrə ziyarətinə gedən ilk qrup vətənə qayıdıb.

Yeniçağ.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a məlumat verib. Onun sözlərinə görə, Ümrə ziyarətinə gedən 70 nəfərin vəziyyəti yaxşıdır, sağlamlıqlarında heç bir problem yoxdur: “Hazırda Səudiyyə Ərəbistanında havanın temperaturu 26-30 dərəcə arasında dəyişir. Ziyarətə gedənlər səhhətləri ilə bağlı ciddi problem yaşamayıblar”.
Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrupun gələn il yanvarın 7-də getməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümrə ziyarətinə gedənlərin əksəriyyəti yaşlı insanlar idi. Zəvvarların 60 faizi qadın, 40 faizi kişi olub. Bu ildən Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəyir.

Yeniçağ.Az

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv