!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ümumən vergi siyasətini dəyişməyə ehtiyac var” – İqtisadçı-ekspert

!Reklam – Yazi

vergi“Vergi Məcəlləsinə bu dəfə edilən sayca 200-dən çox yeni dəyişiklər növbəti bir addımdır”

Bunu Yeniçağ.az-a Vergi məcəlləsinə dəyişikliklərin təsdiqlənməsindən danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib.

Onun sözlərinə görə, 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi məcəlləsinə indiyədək bir neçə dəfə dəyişikliklər edilib:

“Bu da hər dəfə ölkədə sahibkarlığın və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması, habelə yenidən təşkili məqsədilə vergi siyasətinin fasiləsiz olaraq təkmilləşdirilməsi tələbindən irəli gəlib. Ümumiyyətlə, həyata keçirilən ümumi vergi siyasətinin əsas məqsədi iqtisadiyyatın inkişafını stimullaşdırmaqdan, mövcud vergi dərəcələri və onların sayının optimallaşdırılmasından, hesablaşmaların isə daha sadə xarakter daşıması üçün ardıcıl təkmilləşdirmələrinə həmişə ehtiyac var. Növbəti dəyişikliklər də ölkədə məhz iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur. Sadəcə olaraq, bu dəfə ölkənin iqtisadi vəziyyətiylə əlaqədar müəyyən fərqlilik də mövcuddur.

Belə ki, ölkə yeni iqtisadi inkişaf modelinə keçid astanasındadır. Bu isə o deməkdir ki, ümumən vergi siyasətini də dəyişməyə ehtiyac var. Yəni, ölkənin neftdən gəlirləri azaldığından həm vergilər bir növ artırılmalıdır, həm də iqtisadiyyatı daxili resurslar hesabına inkişaf etdirmək lazım gəldiyindən vergilər stimullaşdırıcı xarakterdə olmalıdır. Etiraf edim ki, bu, çox çətin vəzifədir. Pərviz Heydərov ile ilgili görsel sonucuOna görə də Vergi Məcəlləsinə ümumən, 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur ki, bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsini, uçot-qeydiyyatın asanlaşdırılmasını, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsini, 8 maddə vergi yükünün azaldılmasını, azadolma və güzəştləri əhatə edir. Bəziləri qeyd edirlər ki, guya vergilər ağırlaşdırılır, yeni mənbələr də vergiyə cəlb olunur və sair. Hesab edirəm ki, məsələyə geniş yanaşmaq lazımdır. Düzdür, elə sahələr vardır ki, vegiyə yeni cəlb olunacaq.

Lakin bu, sadəcə, mexanizmcə belədir. Ölkədə heç bir gəlir gətirən fəaliyyət növü vergidən azad deyildi. Bəli, müəyyən istiqamətlər üzrə güzəştlər mövcud idi ki, bunlar da qanunvericilik yolu ilə öz təsbitini tapmışdı. Amma elə fəaliyyət növləri vardır ki, onları müvafiq inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından vergiləri yığmaq və toplamaq alınmıdı. Bunlara aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar daxildir”.

Ümumiyyətlə, Vergi Məcəlləsinə dəyişikliklər özünə inzibatçılığı, ödəyicilərin hüquqlarının genişləndirilməsini, həm də onları daha yaxşı vergiyə cəlb etməyi, həmçinin bəzi güzəştləri və azadolmaları daxil edir: “Vergilər naziri Fazil Məmmədov da qeyd etmişdir ki, dəyişikliklər şəffaflığın artırılmasını, nağd hesablaşmaların həcminin azaldılmasını, uçot siyasətinin təkmilləşdirilməsini, vergi yükünün azaldılmasını, inzibatçılığının sadələşdirilməsini, ödəyicilərə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin yaxşılaşdırılması kimi məsələləri əhatə edir. Güman edirəm ki, yeni dəyişikliklər ölkə iqtisadiyyatında canlanma yaratmaqla bu dəfə dövlət büdcəsinə vergilərin daha yaxşı toplanması işini gerçəkləşdirməyə yardım edəcək və ödəyicilərdə məsuliyyətlilik prinsipini inkişaf etdirməklə, onlarda gəlirlərini leqallaşdırmaqdan çəkinməməyə maraq yaradacaq”.

Qeyd edək ki, Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib. Dəyişikliklərə əsasən, yerli və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən gəlir vergisi tutulacaq.

 

Gülnarə Eynullaqızı

Yeniçağ.Az

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv