Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü qeyd olundu – FOTO

2024-ci il dekabr ayının 11-da saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş “Müstəqillik Tariximizin Unudulmaz Sərkərdəsi” adlı anım tədbiri keçirilib.

Anım tədbirində Müdafiə Nazirliyinin hərbi məktəb və liseylərinin, Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, veteran təşkilatlarının,İctimai Birlik və digər idarə-müəssisələrin nümayəndələri iştirak edib.
Anım tədbirində muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-elmi işçisi t.üf.d. Vahid İsmayılovun məruzə və çıxışları dinlənilib.

Muzey rəisi qeyd edib ki, ömrünü Azərbaycan xalqının xoş gələcəyinə həsr etmiş ümummilli liderimiz həm keçmiş Sovetlər Birliyi dövründə,həm də müstəqillik illərində ölkəmizin tərəqqisi üçün böyük işlər görmüşdür. Ölkəmizin iqdisadi,siyasi,elmi,mədəni,hərbi sahələrində Heydər Əliyev fəaliyyətinin dərin və zəngin izləri qalmaqdadır. Bu səbəbdən ümummilli lider müasir Azərbaycan dövlətinin memarı və banisi hesab edilir.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Onun qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “ məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gğzü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “ Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr olunmuş  sənədli film nümayiş olunub.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.