Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ümummilli lider Samuxda anıldı

siaphoto_448483Bu gün Samux rayonunda Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.

Sonra tədbir YAP Samux rayon Təşkilatının akt zalında davam etdirildi. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxdılar.

Tədbiri giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu H.Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.

Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Heydər Əliyev uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu. Heydər Əliyev Azərbaycanın tarixində dönüş edən, onu parçalanmaqdan qoruyaraq uğurlu yola çıxaran böyük dövlət xadimi kimi xarakterizə olunur. Bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli məhz H.Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənir və regionda lider dövlətə çevrilmişdir.

Tədbirdə Samux şəhər 3 saylı orta məktəbin müəllimi Samir Qurbanov, Təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova və Lək kənd orta məktəbin müəllimi Əhəd Namazov çıxış edərək qeyd etdilər ki, H.Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsldən-nəslə keçərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

(sia.az)

www.yenicag.az

234