!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ümumrespublika yaşıllaşdırma” kampaniyası davam edir-Fotolar

!Reklam – Yazi

dssasa (1)Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir

Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib.

Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında yerli iqlim şəraitinə uyğun zeytun, şam, və müxtəlif növ ağac olmaqla 1000-ə qədər ağac əkildi.

Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edirdi.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək(pia.az).

www.yenicag.az

966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv