!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümumrusiya Azərbaycanlıları Konqresi bağlanır? - Moskva bu gün qərar verəcək

!Reklam – Yazi

Bu gün – mayın 15-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bəzi məlumatlara görə, məhz bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərarın çıxarılacağı gözlənilir. 

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya qanunvericiliyinin pozulduğu iddia edir. Bundan qabaq məhkəmə iki dəfə – son olaraq isə aprelin 26-da işə baxmağı təxirə salıb.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə hazırda Azərbaycan nümayəndə heyəti, xüsusilə diaspora komitəsiniin əməkdaşları və hüquqşünaslar artıq Moskvadadırlar. Məhkəmə günortadan sonra baş tutacaq. Mənbənin sözlərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanacağı gözlənilir.

Yeniçağ.az

www.yenicag.az

867
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv